EN

Tramp: "Hücum ağılsız addım idi"

"The Wall Street Journal" qəzeti rəsmi hökumət mənbələrinə istinadənyazırki, liderlər İsrail Hərbi Hava Qüvvələrinin Qətər ərazisinə gözlənilməz aviazərbəsindən danışıblar. Məlumata əsasən,Donald Trampona hücum barədə əvvəlcədən xəbər verilmədiyinə görə danışıq əsnasında"çox qəzəblənib".

Benyamin Netanyahu söyləyib ki, Qətərdə Fələstinin HƏMAS terror təşkilatının rəhbərliyinə qarşı aviazərbə endirilməsi üçün "müvəqqəti fürsət" üzə çıxıb. Beləliklə, o bu fürsəti qaçırmayıb. Baş nazirhücumun uğurlu alınıb-alınmadığı haqqındaDonald Trampın sualına cavabən isə"bilmədiyini" söyləyib.

"ABŞ Prezidenti Donald Tramp Benyamin Netanyahudan getdikcə daha çox inciyir. O görür ki, Baş nazir Vaşinqtonun Yaxın Şərqdəki məqsədləri ilə ziddiyyət yaradan addımlar atır",– qəzet yazır.
Kats:"Düşmənlərimizi hər yerdə vuracağıq"

Xatırladaq ki, dünən İsrail Hərbi Hava qüvvələri Qətərin paytaxtı Dohada HƏMAS terror təşkilatının bir sıra ali liderinin toplaşdığı nöqtəyə aviazərbə endirib. Hücumun nəticələri hələlik aydın deyil. Bir sıra dünya lideri, o cümlədən ABŞ Prezidenti Donald Tramp İsrailin bu gözlənilməz hücumunu pisləyib.

Firudin Həmidli
AzVision.az
Chosen
26
1
azvision.az

2Sources