Benyamin Netanyahu söyləyib ki, Qətərdə Fələstinin HƏMAS terror təşkilatının rəhbərliyinə qarşı aviazərbə endirilməsi üçün "müvəqqəti fürsət" üzə çıxıb. Beləliklə, o bu fürsəti qaçırmayıb. Baş nazirhücumun uğurlu alınıb-alınmadığı haqqındaDonald Trampın sualına cavabən isə"bilmədiyini" söyləyib.
"ABŞ Prezidenti Donald Tramp Benyamin Netanyahudan getdikcə daha çox inciyir. O görür ki, Baş nazir Vaşinqtonun Yaxın Şərqdəki məqsədləri ilə ziddiyyət yaradan addımlar atır",– qəzet yazır.
![]() |
Kats:"Düşmənlərimizi hər yerdə vuracağıq" |
Xatırladaq ki, dünən İsrail Hərbi Hava qüvvələri Qətərin paytaxtı Dohada HƏMAS terror təşkilatının bir sıra ali liderinin toplaşdığı nöqtəyə aviazərbə endirib. Hücumun nəticələri hələlik aydın deyil. Bir sıra dünya lideri, o cümlədən ABŞ Prezidenti Donald Tramp İsrailin bu gözlənilməz hücumunu pisləyib.
Firudin Həmidli
AzVision.az