EN

Xudatda telefon mağazasından oğurluq edən şəxs saxlanılıb

Xaçmaz Rayon Polis Şöbəsinin Xudat Polis Bölməsinin əməkdaşları daxil olan məlumat əsasında rayon sakini Elşən Əliyevi saxlayıblar.

Daxili İşlər Nazirliyindən Demokrat.az-a bildirilib ki, onun Xudat şəhəri ərazisində tanışına məxsus mağazadan pul və ümumi dəyəri 6900 manat olan 18 ədəd mobil telefon oğurlaması müəyyən olunub.

Chosen
36
18
demokrat.az

10Sources