EN

Hacıqabulda narkokuryerlik edən şəxs saxlanıldı

BAKI, 11 sentyabr. TELEQRAF

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə Sumqayıt şəhər sakini Əhməd Qarayev saxlanılıb.

DİN-nin Mətbuat Xidmətindən Teleqraf-a verilən məlumata görə, ondan 1 kiloqram heroin və marixuana aşkarlanıb.

Ə.Qarayev sosial şəbəkələrdə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşına pul müqabilində narkokuryerlik etdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxsbarəsində həbs qətimkan təbiri seçilib.

Chosen
55
16
teleqraf.com

10Sources