ABŞ Dövlət Departamenti Finlandiyaya ümumi dəyəri 1,07 milyard dollar olan AIM-120D-3 orta mənzilli “hava-hava” tipli raketlərin və onlara aid logistik təminatın mümkün satışını təsdiqləyib.
APA xəbər verir kiŞ, bu barədə Pentaqonun Xarici Hərbi Satışlar üzrə Təhlükəsizlik Əməkdaşlığı Agentliyi məlumat yayıb.
Məlumata görə, Finlandiya ABŞ-dan 405 ədəd AIM-120D-3 raketi və onlarla bağlı müxtəlif sistemlər sifariş edib.