1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Sentyabrın 10-da şahzadə Harri Böyük Britaniya Kralı III Çarlzın iqamətgahı olan Klarens Hausa gedib.
Oxu.Az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Məlumata görə, bu, şahzadə Harri ilə monarx arasında 2024-cü ilin fevralından - Kral III Çarlzın xərçəng xəstəliyinə tutulmasından sonra ilk görüşdür.
Qeyd edək ki, şahzadə Harri və həyat yoldaşı Meqan Marklın kral ailəsi ilə münasibətləri bir neçə il pozulub.