EN

Fatih Terim Çexiya yığmasını çalışdıra bilər

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Türkiyənin tanınmış məşqçisi Fatih Terim Çexiya yığmasını çalışdıra bilər.
Oxu.Az bu barədə "Haber Global" telekanalına istinadla xəbər verir.
Bildirilir ki, Çexiya Futbol Federasiyası yığmanın baş məşqçisi İvan Haşek ilə yolları ayırmağı planlaşdırır.
Haşek milli ilə Avro-2024-də və DÇ-2026 seçmə mərhələsində uğursuz nəticələr əldə etdiyinə görə federasiya onunla vidalaşmaq istəyir.
Haşekin yerinə beş namizəd var, onlardan biri də Terimdir.
Xatırladaq ki, "İmperator" ləqəbli məşqçinin son iş yeri Səudiyyə Ərəbistanının "Əş-Şəbab" komandası olub.
Chosen
31
oxu.az

1Sources