EN

ABŞ-da qarışıqlıq: Çarli Kirkin taleyi ilə bağlı ziddiyyətli xəbərlər – spikerlər ölümünü təsdiqlədi

Musavat.com xəbər verir ki, Yuta ştatının Orem şəhərində universitet tədbiri zamanı güllələnən məşhur respublikaçı siyasətçi və Tramp tərəfdarı Çarli Kirkin taleyi ətrafında qarışıqlıq yaranıb.

Hadisədən sonra müxtəlif mənbələr bir-birinə zidd məlumatlar yayıblar. ABŞ-ın aparıcı xəbər agentliklərindən biri olan Associated Press (AP) Kirkin artıq dünyasını dəyişdiyini açıqlayıb. Eyni zamanda Yuta ştatının spikeri də rəsmi olaraq Kirkin öldüyünü təsdiqləyib.

ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson isə Konqres zalında Kirkin xatirəsinə bir dəqiqəlik sükut elan edildiyini bildirib.

Bununla yanaşı, bəzi konqresmenlər və həkim mənbələri Kirkin hələ sağ olduğunu, xəstəxanada kritik vəziyyətdə müalicə olunduğunu iddia edirlər. Bu isə ölkədə böyük informasiya çaşqınlığı yaradıb.

Hazırda hadisənin ətrafında həm siyasi, həm də ictimai rezonans getdikcə artır. Kirkin dəqiq vəziyyəti barədə rəsmi tibbi açıqlamanın yaxın saatlarda veriləcəyi gözlənilir.

 

Musavat.com

Chosen
50
14
musavat.com

10Sources