EN

Fransada etiraz aksiyaları - yollar bağlandı

BAKI, 10 sentyabr. TELEQRAF

Fransada etirazçılar çərşənbə günü yolları bağlayıb, zibil qutularını yandırıb və bəzi yerlərdə polis ilə toqquşublar.

Teleqraf xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.

Ölkə üzrə on minlərlə təhlükəsizlik əməkdaşı ərazilərə cəlb olunub.

Qeyd edilir ki, aksiya iştirakçıları Prezident Emmanuel Makrona, siyasi hakimiyyətə və planlaşdırılan büdcə ixtisarlarına qarşı narazılıqlarını ifadə ediblər.

Chosen
77
teleqraf.com

1Sources