EN

Dünyada 391 milyona yaxın uşaq artıq çəkilidir - UNICEF "həyəcan təbili" çaldı

Bakı. Trend:

Dünyada yaşayan uşaqların 10 faizə yaxını piylənmədən əziyyətçəkir.

Trend xəbər verirki, bu statistika UNICEF-in “Qida mühiti uşaqları necə yarı yoldaqoyur: Mənfəət üçün qidalandırma” adlı 114 səhifəlik hesabatındadərc olunub.

Hesabata əsasən, 5-19 yaşları arasında olan təxminən 188 milyonuşaq və gənc hazırda piylənmə problemi ilə üzləşib. Artıq çəkiliuşaqların ümumi sayı isə 391 milyona yüksəlib.

Uşaqların hüquqlarını müdafiə edən təşkilat hökumətləri uşaqlarıqorumaq üçün tədbirlər görməyə, xüsusilə də yüksək dərəcədə emalolunmuş qidaların reklamı və əlçatanlığı ilə bağlı sərtməhdudiyyətlər tətbiq etməyə çağırır.

Tədbirlər sırasında məktəb yeməkxanalarından yüksək dərəcədəemal olunmuş qidaların çıxarılması və həmin məhsulları istehsaledən şirkətlərin siyasətin hazırlanması və həyata keçirilməsindəiştirakına qadağa qoyulması nəzərdə tutula bilər.

Məqalədə:
Chosen
73
2
az.trend.az

3Sources