Somnoloq Sofiya Çerkasova bildirib ki, iş yerində qısa yuxu böyük iş yükü olan əməkdaşlar üçün faydalı ola bilər.
Redaktor.az xəbər verir ki, o, bu barədə aif.ru-ya danışıb.
Çerkasovanın sözlərinə görə, iş günü ərzində 15-20 dəqiqəlik qısa yuxu işçini təravətləndirir və günün ortasında toplanmış yorğunluğu aradan qaldırır. Belə bir istirahət günün qalan hissəsini daha məhsuldar keçirməyə imkan verir. O əlavə edib ki, gündüz yuxusundan sonra yorğunluq hissindən qorxmaq lazım deyil, çünki bu, əsasən 40 dəqiqədən uzun yuxular üçün xarakterikdir.
Aytəkin TOFİQQIZI