EN

Tomas Tuxel İngiltərə millisinin tarixinə düşdü

Almaniyalı 52 yaşlı futbol mütəxəssisi Tomas Tuxel baş məşqçisi olduğu İngiltərə milli komandasının tarixinə düşüb.

Arena.az xəbər verir ki, o, buna rəhbərlik etdiyi yığmanın ilk 5 rəsmi matçında qol buraxmadan qalib gəlməsi ilə nail olub.

İndiyə qədər İngiltərə milli komandasında heç bir mütəxəssis bunu bacarmayıb.

İngiltərə yığması Tuxelin rəhbərliyi altında dünya çempionatının seçmə mərhələsi çərçivəsində Albaniya, Latviya, Serbiya və iki dəfə Andorraya qalib gəlib. Bu görüşlərdə 13 qol vurmuş kollektiv qapısında top görməyib.

Qeyd edək ki, İngiltərə yığması iyunun 10-da yoxlama görüşündə Seneqala uduzub – 1:3.

Xatırladaq ki, Tomas Tuxel cari ilin yanvar ayından İngiltərə yığmasının sükanı arxasında fəaliyyətdədir. Alman mütəxəssislə 1,5 il müddətinə – 2026-cı ilin dünya çempionatının sonuna qədər müddətə müqavilə imzalanıb. Tuxelin qarşısına mütləq tapşırıq – dünya çempionlğunu qazanmaq məsələsi qoyulub.

error: Məzmun qorunur!
Chosen
12
2
arena.az

10Sources