EN

Putin zarafat etmirmiş: Daha 70 il Rusiyanı idarə etməyi planlayıb – Medinski sirri açdı – ŞOK VİDEO

Rusiya prezidenti Vladimir Putinin Çin lideri Si Cinpinlə 3 sentyabrda Pekin paradında baş tutan söhbəti dünya mediasında rezonans doğurub.

Açıq qalan mikrofon vasitəsilə Putinin 150 il yaşamaq mümkünsüz deyil sözləri eşidilib. Si Cinpin isə müasir texnologiyaların və imkanların belə bir ömrü real etdiyini cavablandırıb.

Bu səs yazısı yayıldıqdan qısa müddət sonra Çin rəhbərliyi “Reuters”-dən materialın silinməsini tələb edib və buna nail olub. Lakin artıq dünya ictimaiyyəti Rusiya prezidentinin 150 il yaşamaq və daha uzun müddət hakimiyyətdə qalmaq arzusundan xəbər tutub.

Məsələ ilə bağlı Putinin köməkçisi Vladimir Medinski də açıqlama verib. O, prezidentin hələ ən azı 70 il də Rusiyanı idarə etmək istədiyini deyib:

“Cənab Putin artıq 70 yaşını ötüb. Niyə də bundan sonra daha 70 il Rusiyanın ali himayədarı kimi qalmasın? Əlbəttə, onun varisləri olacaq, prezidentlər dəyişəcək. Amma Putin bir ali himayədar kimi ölkənin başı üzərində qalmaq niyyətindədir”.

Medinskinin sözlərinə görə, bu yanaşma Rusiyanın gələcəkdə də dünyaya problem yaradan mövcud siyasətini davam etdirmək niyyətindən xəbər verir.

Videoda Medinskinin bu açıqlamaları da təqdim olunub.

Musavat.com

Chosen
24
1
editor.az

2Sources