EN

Türk aktyor kredit götürüb xanımı ilə başqa ölkəyə qaçdı - Dələduzluqda ittiham olunur

"Rüya", "İkimizin Sırrı", "Adı Mutluluk", "Aşk Taktikleri" kimi bir çox seriallarda rol alan aktyor Ceyhun Mengiroğluna qarşı dələduzluq iddiaları gündəmə gəlib.

Milli.Az xəbər verir ki, məşhur aktyorun müxtəlif banklardan kredit götürərək ölkədən qaçdığı iddia edilib.

Mehmet Üstündağın "Hürriyet"ə verdiyi xəbərə görə Mengiroğlu əvvəlcə müxtəlif banklardan 5 milyon lirə kredit götürüb. Bununla kifayətlənməyən o, kredit kartlarına da 1,5 milyon lirə xərcləyib. Aktyorun daha sonra sərmayə vədi ilə bazardan təxminən 10 milyon lirə borc aldığı da iddia edilir.

Haqqındakı ittihamlarla gündəmdə olan gənc aktyor daha sonra Sena Mengiroğlu ilə birlikdə Bali adasına yollanaraq diqqət çəkib. Həmin vaxtdan kreditorların məşhur aktyorla əlaqə saxlaya bilmədiyi iddia edilir. Mengiroğlu qeyd olunan ünvanda tapılmayıb, telefon xətti də kəsilib, ondan əsər-əlamət yoxdur.

İddialara görə, aktyorla əlaqə saxlaya bilməyən kreditorlar daha sonra onunla əlaqə saxlamağa cəhd ediblər. Ancaq Mengiroğlu "Ayrıldıq. Ceyhunun harada olduğunu bilmirəm. Bir daha mənə zəng etməyin" sözlərini deyib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Chosen
18
1
milli.az

10Sources