AZ

Yasak elma nın aktyoru dələduzluqda ittiham olunur

Axsham.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Türkiyəli aktyor Ceyhun Mengiroğlu dələduzluqda ittiham olunur.

Axşam.az "Hürriyet"ə istinadən xəbər verir ki, iddialara görə, Mengiroğlu əvvəlcə müxtəlif banklardan 5 milyon lirə kredit götürüb. Bununla kifayətlənməyən aktyor kredit kartından daha 1,5 milyon lirə xərcləmə əməliyyatı edib. Daha sonra “sərmayə qoyacağam” deyərək təxminən 10 milyon lirə daha borc götürüb. 

Bundan sonra o, həyat yoldaşı Sena Mengiroğlu ilə birlikdə dərhal Baliyə qaçıb.

Kreditorlar o vaxtdan Ceyhunla əlaqə saxlaya bilmirlər. Onun həyat yoldaşı Sena isə borclulara Ceyhunla ayrıldıqlarını deyib:

"Biz ayrıldıq. Bilmirəm Ceyhun haradadır. Bir daha mənə zəng etməyin!".

Lakin cütlük Balidən birgə paylaşımlar edirlər. 

Qeyd edək ki, Ceyhun "Teşkilat", "Yasak elma", "Rüya", "Payitaht: Abdülhamid" kimi seriallarda rol alıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
6
axsam.az

10Mənbələr