EN

Bu yaşa çatanların işdən çıxarılması qadağan olunsun - təklif

“Pensiya yaşına 2 il qalmış vətəndaşın işəgötürən tərəfindən işdən çıxarılması yolverilməzdir”.

News24.az APA-ya istinadla xəbər veriri ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deputat Vüqar Bayramov deyib.

O bildirib ki, pensiya yaşına az qalmış məşğul şəxslərin də əmək hüquqlarının qorunması mühümdür: “Belə ki, bəzi vətəndaşlarımız pensiya yaşına az qalmış işdən azad olunurlar və daha sonra işlə təminatda çətinliklə üzləşirlər.

Qazaxıstan Əmək Məcəlləsinə əsasən, ştatların ixtisarı və attestasiyadan keçməmə istisna olmaqla, işəgötürənin təşəbbüsü ilə pensiya yaşına çatmasına 2 ildən az qalmış şəxslərlə əmək müqaviləsinə xitam verilməsinə yol verilmir. Belə praktika bir sıra digər dövlətlərdə də tətbiq olunur. O baxımdan daha məqsədəuyğun olardı ki, Azərbaycanda da pensiya yaşına 2 il qalmış vətəndaşlarımızın işəgötürən tərəfindən işdən çıxarılmasına yol verilməsin. Bu onların sosial hüquqlarının qorunması baxımdan vacibdir”.

Komitə sədri Musa Quliyev də təklifi dəstəkləyib və qanuna bunun gətirilməsinin istənilən halda müsbət hal olduğunu qeyd edib: “Sizdən xahiş edirəm bununla bağlı layihəni hazırlayın. Pensiya yaşına az qalmış işdən çıxarılan şəxslər pensiya yaşına qədər də təminatsız qala bilər. Başqa ölkələrdə də bu təcrübə var, siz Qazaxıstanı misal gətirdiniz. Məncə yaxşı təklifdir, biz bunu dəstəkləyirik”.



Chosen
71
19
news24.az

10Sources