EN

Pensiya yaşına az qalan şəxslərin işdən azad olunması qadağan olunsun - Deputat

Milli Məclisin deputatı Vüqar Bayramov pensiya yaşına az qalan vətəndaşların əmək hüquqlarının qorunması məqsədilə Əmək Məcəlləsinə dəyişiklik edilməsini təklif edib.

Deputat parlamentin iclasında çıxışı zamanı bildirib ki, bəzi hallarda vətəndaşlar pensiya yaşına az qalmış işdən azad olunur və bu zaman onların yenidən iş tapması çətinləşir.

“Bir sıra ölkələrin təcrübəsində pensiya yaşına az qalan şəxslərin işdən azad olunması qadağan edilir. Azərbaycanda da bu məsələ gündəmə gətirilməli və müvafiq qanun dəyişiklikləri hazırlanmalıdır”, – Bayramov vurğulayıb.

Deputatın sözlərinə görə, bu dəyişiklik yaşa görə diskriminasiyanın qarşısını almağa, həmçinin vətəndaşların əmək bazarında sosial müdafiəsini gücləndirməyə xidmət edə bilər.

Gülnar Nazimqızı 

Chosen
24
1
anews.az

2Sources