EN

Uşağın ağzından pis qoxu gəlirsə... Stomotoloqdan AÇIQLAMA

ain.az bildirir, Redaktor.az portalına istinadən.

"Ağızdan gələn xoşa gəlməz qoxu halitoz adlanır".

Redaktor.az xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universiteti Tədris Stomotoloji Klinikasının həkim-stomotoloqu Güney Həsənova bildirdi.

Onun sözlərinə görə, pis ağız gigiyenası, karies, diş əti iltihabı, tüpürcəyin miqdarının azalması (quru ağız) halitoza səbəb olur:

“Həmçinin, uşaqlarda qastrit, tonzillit (angina) kimi xroniki xəstəliklər ağızdan qoxunun gəlməsinə səbəb ola bilər. Sarımsaq, soğan və bəzi ədviyyatların çox qəbulu halitoza səbəb olur. Əgər uşaq ortodontik aparat istifadə edirsə, onların yaxşı təmizlənməməsi də halitoz yaradır”. 

Stomatoloq bildirdi ki, ilkin olaraq valideyn uşağın dişlərinin gündə 2 dəfə fırçalamasına və dilinin də təmizləməsinə nəzarət etməlidir:

“Bundan əlavə, pəhrizə də diqqət edilməli, şirin, turş və ədviyyatlı qidaları nəzarətdə saxlamalıdır. Əgər qoxu keçmirsə, bu zaman mütləq diş həkiminə müraciət etməlidir. Diş həkimi əvvəlcə gigiyenik təmizləmə və kariyes müalicəsi aparacaq. Əgər problem davam edərsə, qan analizləri, mədə və boğazın müayinəsi üçün mütəxəssisə yönləndirəcək”. 

G.Həsənova sonda qeyd etdi ki, pis qoxu çox zaman sadə səbəblərə bağlı olur və asanlıqla aradan qalxır: “Əsas odur ki, valideynlər diqqətli olsun və erkən müdaxilə etsinlər”. 

Nuriyyə NATİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
57
6
redaktor.az

7Sources