EN

Qəza törədərək hadisə yerindən qaçan sürücü məsuliyyətə cəlb olunub

Bakıda yol-nəqliyyat hadisəsi törədib hadisə yerindən qaçan yük avtomobilin sürücüsü məsuliyyətə cəlb edilib.

Bu barədə Bakıvaxtı.az Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis kapitanı Toğrul Nəsirli məlumat verib.

O bildirib ki, sosial şəbəkələrə yayılan görüntü araşdırılıb:

"Sentyabrın 9-daBinəqədi rayonu DSK yolu adlanan ərazidə İsuzu markalı, 77-GR-125 dqn nv-nin sürücüsü yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən yayınıb. Qəza zamanı iki avtomobilə Maddi ziyan dəyib. Sürücü barəsində qanunamüvafiq tədbir görülüb".

Chosen
32
2
bakivaxti.az

4Sources