AZ

Bakıda iki avtomobili əzib qaçan yük maşınının sürücüsü məsuliyyətə cəlb olunub

Xalqcebhesi saytından alınan məlumata görə, ain.az bildirir.

Bakıda yol-nəqliyyat hadisəsi törədib hadisə yerindən qaçan yük avtomobilin sürücüsü məsuliyyətə cəlb edilib.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis kapitanı Toğrul Nəsirli məlumat verib.

Onun sözlərinə görə, sosial şəbəkədə yayılan görüntü araşdırılıb:

"Sentyabrın 9-da Binəqədi rayonunda, DSK yolu adlanan ərazidə "İsuzu" markalı yük maşınının sürücüsü yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən yayınıb. Qəza zamanı iki avtomobilə maddi ziyan dəyib. Sürücü barəsində qanunamüvafiq tədbir görülüb".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
1
2
icma.az

4Mənbələr