Azərbaycanda fəaliyyət göstərən Türkiyənin "DeFacto" markasına məxsus mağazaların bağlandığı iddia edilir.
AFN.az Qaynarinfo-ya istinadən xəbər verir ki, artıq şəbəkənin bir neçə filialı boşaldılır. Məhsullar outlet mağazada bu gündən satışa çıxarılıb.
Qeyd olunur ki, hələ bir müddət öncə, şirkətin əməkdaşlarına ixtisar olunacaqları ilə bağlı məlumat da verilib. İddialara görə, mağaza artıq Azərbaycanda onlayn çatdırılma ilə işləmək istəyir.
Məlumat üçün bildirək ki, internet resurslarında "DeFacto"nun Azərbaycandakı rəsmi distribyutoru kimi "BrandMart QSC" göstərilib. "DeFacto"nun Azərbaycanda 4 mağazası fəaliyyət göstərir.
Qaynarinfo iddiaları dəqiqləşdirmək üçün "DeFacto"nun Bakı, Sumqayıt və Gəncədə fəaliyyət göstərən bir neçə filialı ilə əlaqə saxlamağa çalışsa da, internetdə qeyd edilən nömrələr işləməyib.
"DeFacto"nun Türkiyədə yerləşən baş ofisinə də müraciət etdik. Lakin sorğumuzu cavablandırmaqdan imtina etdilər.