Müğənni Nadir Qafatzadə keçmiş duet ortağı Ayan Babakişiyeva barədə danışıb.
O, bu barədə "Günə Uğurla” verilişində söz açıb.
Nadir bildirib ki, Ayanla iş brliyini sonlandırıb:
"Biz Ayanla duet oxumuşuq deyə bu o demək deyil ki, mən ömrümün axırınacan onunla oxumalıyam. Bizimki dostluq deyil, sadəcə sənət üçün münasibət idi. oxuduq, bitdi, getdi... Artıq istəyirik ki, başqaları ilə oxuyaq. Mən yeni ulduzlar və "star"larla duet oxumaq istəyirəm bundan sonra".