EN

“KOB FEST” sərgi-satış yarmarkası bu dəfə Şuşada

Bakı. Trend:

Sentyabrın 20-21-də Şuşa şəhərində “KOB FEST” sərgi-satışyarmarkası təşkil olunacaq. Kiçik və Orta Biznesin İnkişafıAgentliyinin (KOBİA) təşkilatçılığı ilə keçiriləcək yarmarkada Şuşaşəhərində və ətraf bölgələrdə fəaliyyət göstərən sahibkarlıqsubyektləri və sənətkarlar iştirak edə bilərlər.

“KOB FEST”də məhsul və xidmətlərini təqdim etmək istəyənsahibkarlar 16 sentyabr, saat 18.00-dək Agentliyin saytındakımüvafiq formanı doldurmaqla müraciət edə bilərlər: https://smb.gov.az/az/contact-form/exhibition-form/1(“İştirak etmək istədiyiniz tədbir” bölümündə “KOB Fest – Şuşa”qeyd olunmalıdır).

Mikro və kiçik sahibkarların yarmarkada iştirakı üçün ödənişnəzərdə tutulmur. “KOB FEST” sərgi-satış yarmarkasının məqsədibölgədə fəaliyyət göstərən KOB subyektlərinin istehsal etdiyiməhsul və xidmətləri tanıtmaq və onların satış imkanlarınıgenişləndirməkdir. Yarmarka çərçivəsində mədəni-əyləncəli proqramda təşkil olunacaqdır.

Yerli KOB-ların və sənətkarların məhsulları ilə tanış olmaq,mədəni-əyləncəli proqramdan zövq almaq üçün Şuşa şəhərinin və ətrafbölgələrin sakinlərini, eləcə də Qarabağı ziyarət edən qonaqları“KOB FEST”də gözləyirik.

Chosen
60
19
az.trend.az

10Sources