ain.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.
Milli Məclisin deputatı Asif Əsgərov Zaqatala rayonunda Vətən Müharibəsi Qəhrəmanı, şəhid kapitan İsmayıl Səmədovun və şəhid Hüseyn Xanməmmədovun ailələrini ziyarət edib.Millət vəkili şəhidlərin əziz xatirəsini ehtiramla yad edib, ailə üzvlərinin qayğıları ilə maraqlanıb.Daha sonra Asif Əsgərov rayonun Gözbarax kəndində seçicilərlə görüş keçirib.Görüşdə seçicilərin müraciətləri dinlənilib, qaldırılan məsələlərin bir qismi qanunvericiliyin tələblərinə müvafiq olaraq yerindəcə həllini tapıb, digərləri isə aidiyyəti qurumlara yönləndirilib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.