EN

Baş katib: AQEM-in sessiyasının Bakıda keçirilməsi yeni regional perspektivlərə rəng qatmış oldu

AQEM-in sessiyasının qədim Bakıda keçirilməsi, - həm də Formula 1 keçirildiyi ərəfədə, - yeni regional perspektivlərə rəng qatmış oldu. SİAxəbər verir ki, bu sözləri “İnkişaf və təhlükəsizliyin rezonansı: AQEM-in institusional transformasiyasında regional əməkdaşlıq və idarəetmə” adlı AQEM-in Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasının bağlanış mərasimində Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi Kayrat Sarıbay deyib.

Fundamental təhlükəsizliyin vacibliyini qeyd edən Kayrat Sarıbay AQEM-in perspektivlərinin böyük olduğunu deyib. O, bu platformanın regional problemləri, dayanıqlı inkişafı, iqtisadi məsələləri hər zaman diqqətə saxladığını bildirib.

Birgə gündəliyin formalaşdırılmasının vacib olduğunu diqqətə çatdıran Baş katib əlavə edib: “AQEM-in fəaliyyət planın gələcək üçün hazırlanması təmin edilməlidir. Biz qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığımızı davam etdirməliyik”.

Chosen
14
1
sia.az

2Sources