EN

Von der Leyen: AK Rusiyanın aktivlərini müsadirə etmək niyyətində deyil

ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Avropa Komissiyası (AK) Rusiyanın Qərbdəki dondurulmuş aktivlərini müsadirə etmək niyyətində deyil, lakin onlardan Ukraynaya “təzminat” şəklində kreditlər vermək üçün istifadə edəcək.

Bizimyol.info xəbər verir ki, bunu Avropa Parlamentinin Strasburqda keçirilən sessiyasında Avropa İttifaqındakı işlərin vəziyyəti ilə bağlı illik məlumat ilə çıxış edən AK rəhbəri Ursula fon der Leyen deyib.

O, bəyan edib ki, Aİ ölkələri təcili olaraq Ukraynanın dondurulmuş Rusiya aktivlərinə əsaslanan hərbi reaksiyasını maliyyələşdirmək üçün yeni həll yolu üzərində işləməlidir.

“Biz bu Rusiya aktivləri ilə əlaqəli vəsaitlərdən istifadə etməklə Ukraynaya reparasiya krediti verə bilərik. Aktivlərin özləri müsadirə olunmayacaq və riskləri öz üzərimizə götürməliyik. Ukrayna yalnız Rusiya təzminat ödədiyi zaman krediti ödəyəcək. Bu vəsaitlər hazırda Ukraynaya kömək edəcək, lakin onlar həm də orta və uzunmüddətli perspektivdə kritik əhəmiyyət kəsb edir”, - deyə von der Leyen əlavə olaraq qeyd edib.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
35
bizimyol.info

1Sources