Bakı. Trend:
Sentyabr ayının 9-da Füzuli rayonunun Əhmədalılar və Xocavəndrayonun Qırmızı Bazar qəsəbəsinin ərazisində yanğın hadisəsitörədən şəxslər polis əməkdaşları tərəfindən saxlanılıblar.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan Trend-ə bildirilib ki,araşdırmalarla yanğını müvafiq olaraq 1964-cü il təvəllüdlüSüleyman Məmmədov və 2001-ci il təvəllüdlü Kənan Abdullayevintörətdikləri müəyyən olunub.
Hər iki hadisə nəticəsində 1 hektardan artıq ərazidə quru otsahəsi yanıb.
Onların barəsində inzibati qanunvericiliyə uyğun 400 manatməbləğində inzibati tənbeh tədbiri tətbiq olunub.