EN

Azərbaycanda vergi ödəyicilərinin sayı 1,64 milyonu keçib

Azərbaycanda vergi uçotuna alınmış vergi ödəyicilərinin sayı 2025-ci il sentyabrın 1-nə olan məlumata əsasən 1.645.546 nəfər olub. Onların 86,9 faizi fiziki şəxslər, 13,1 faizi isə hüquqi şəxslər və digər təşkilatlardır. Bu barədə  İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Qeyd olunub ki, ötən ilin eyni dövrü ilə müqayisədə:

Vergi ödəyicilərinin ümumi sayı 4,8% artıb, fiziki şəxslərin sayı 4,4%, hüquqi şəxslərin sayı isə 7,3% yüksəlib.

Kommersiya qurumlarında artım müşahidə olunur

Sentyabrın 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı 199.530 təşkil edib ki, bu da illik müqayisədə 8% artım deməkdir.

2025-ci ilin yanvar-avqust aylarında ölkədə 9.419 kommersiya qurumu dövlət qeydiyyatından keçib. Onların:

88,7 faizi yerli investisiyalı,

11,3 faizi isə xarici investisiyalıdır.

Dövlət qeydiyyatına alınmış kommersiya hüquqi şəxslərinin:

91,9 faizi – Məhdud məsuliyyətli cəmiyyət (MMC),

1,1 faizi – Səhmdar cəmiyyət, 1,1 faizi – Kooperativ və digər hüquqi formalarla yaradılıb.

Rəqəmsal qeydiyyat üstünlük təşkil edir

Yeni kommersiya qurumlarının 84,8 faizi elektron qaydada qeydiyyata alınıb. Yerli investisiyalı MMC-lər üzrə bu göstərici 96,2 faiz təşkil edir.

Gülnar 

Chosen
19
13
anews.az

10Sources