EN

Nepal ordusu iğtişaşlar zamanı soyğunçuluğa görə 26 nəfəri həbs edib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Nepal ordusu kütləvi iğtişaşlar fonunda soyğunçuluq və yanğınlar törədilməsində əli olan 26 nəfəri həbs edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Khabarhub" portalı məlumat verib.
Hərbçilərin sözlərinə görə, həbs edilənlər Nepal şəhərlərində baş verən iğtişaşlardan istifadə edərək qarətlər, vandalizm aktları və yanğınlar törədiblər. Həbslər Katmandu və Bhaktapur şəhərlərində həyata keçirilib. Hərbçilər əhalidən nizam-intizamı pozan istənilən hərəkətlər barədə məlumat vermələrini xahiş ediblər.
Xatırladaq ki, sentyabrın 8-də Katmanduda parlament binası yaxınlığında "Z nəslinin inqilabı" adlı etiraz aksiyası keçirilib.
Etiraz aksiyaları paytaxtda və ölkənin ən azı yeddi böyük şəhərində baş tutub. Etirazçılar hökumətin sentyabrın 4-də Nepalın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmiş mesencer və sosial şəbəkələrin, o cümlədən "WhatsApp", "Facebook" və "Instagram"ın fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı elan etdiyi qərara etiraz ediblər. Polislə toqquşmalarda ölənlərin sayı 22-yə çatıb, 500-dən çox insan yaralanıb. Nepalın bir sıra siyasətçiləri, o cümlədən daxili işlər naziri Rameş Lehak və baş nazir Şarma Oli istefa veriblər.
Sentyabrın 9-da etirazçılar ölkənin onların nəzarətinə keçdiyini bəyan edərək, yeni hökumətin formalaşdırılmasına və seçkilərin keçirilməsinə çağırıblar. Nepalda etirazçılar Katmandu meri Balendra Şahın baş nazir səlahiyyətlərinin icraçısı təyin olunmasını tələb ediblər.
Hökumət əleyhinə aksiyaların etirazçıları baş nazirin, ölkə Prezidenti Ram Çandra Paudelin və bir neçə başqa siyasətçinin Balkot şəhərində şəxsi iqamətgahlarını yandırıblar. Etirazçılar, həmçinin parlament binasını və Nepalın əsas inzibati kompleksini, ölkə hökumətinin və bir çox nazirliklərin yerləşdiyi Sinqha Durbar Sarayını ələ keçirərək yandırıblar.
Chosen
31
1
oxu.az

4Sources