EN

“Rusiya Polşa hava məkanını qəsdən pozub” - Aİ rəsmisi

“Rusiyanın Avropa hava məkanını ciddi şəkildə pozması qəsdən olub”.

Missiya.Az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas özünün “X” sosial media hesabında yazıb.

"Ötən gecə Polşada Rusiya tərəfindən müharibə başlayandan bəri Avropa hava məkanının ən ciddi şəkildə pozulmasının şahidi olduq və bunun təsadüfi deyil, qəsdən törədildiyinə dair əlamətlər var. Mən NATO-nun baş katibi Mark Rutte və Polşanın xarici işlər naziri Radek Sikorski ilə əlaqə saxlayıram", - deyə siyasətçi vurğulayıb.

Onun sözlərinə görə, Rusiya müharibəni sona çatdırmır, əksinə onu gücləndirir. 

Kallas bildirib ki, biz Ukraynaya dəstəyi gücləndirməli və Avropanın müdafiəsinə sərmayə qoymalıyıq. 

O həmçinin əlavə edib ki, Aİ Polşa ilə tam həmrəydir.

 

Daşqın HəsənovMissiya.Az

Chosen
13
missiya.az

1Sources