EN

Rusiya dronları Polşanın hava məkanını pozduAÇIQLAMALAR

Rusiyanın Ukraynaya hücumu zamanı Polşanın hava məkanı dronlar tərəfindən dəfələrlə pozulub.

Xezerxeber.az xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinim Əməliyyat Komandanlığından bildirilib.

"Bu, vətəndaşlarımızın təhlükəsizliyinə real təhlükə yaradan təcavüz aktıdır", - bəyanatda deyilir.

O da bildirilib ki, təhlükə yaradan dronların zərərsizləşdirilməsi barədə qərar qəbul edilib, bəziləri vurulub.

Qeyd edək ki, səhər saat 5:40-da Çosnovkada polis zədələnmiş pilotsuz uçan aparatının aşkar edildiyini təsdiqləyib.

Polşanın Baş naziri Donald Tusk dövlət təhlükəsizliyinə cavabdeh olan nazirlərlə görüş keçirir.

Prezident Karol Navrotski isə bildirib ki, Polşanın hava məkanının pozulması halı baş verəndən bəri milli müdafiə naziri və Polşa Silahlı Qüvvələrinin ən mühüm komandirləri ilə daimi əlaqə saxlayır.

"Vətənimizin təhlükəsizliyi bizim ən yüksək prioritetimizdir və sıx əməkdaşlıq tələb edir", - o vurğulayıb.

Ukraynaya kütləvi hücum zamanı Polşaya uçan Rusiya dronları göstərir ki, Putin əvvəlki cinayətlərinə görə, lazımi qaydada cəzalandırılmadığı üçün onun cəzasızlıq hissi artmaqda davam edir.

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bildirib ki, Putin eskalasiyanı davam etdirir, müharibəni genişləndirir və Qərbin gücünü sınayır. 

Zəif cavab indi Rusiyanı daha da təhrik edəcək, Rusiya raketləri və dronları Avropaya daha çox uçacaq”, - XİN rəhbəri deyib.

Sibiqanın sözlərinə görə, bu vəziyyət onu göstərir ki, nəhayət, Ukraynanın hava məkanında, o cümlədən NATO sərhədlərinə yaxınlaşan dronları və raketləri vurmaq üçün qonşu ölkələrin hava hücumundan müdafiə imkanlarından istifadə etməyə imkan verəcək qərar qəbul edilməlidir.

Chosen
39
50
xezerxeber.az

10Sources