EN

Polşa hərbçiləri hava məkanını pozan Rusiya dronlarının bəzilərini vurub

Rusiyanın Ukraynaya hücumu zamanı Polşanın hava məkanı dronlar tərəfindən dəfələrlə pozulub.

Bu barədə Polşa Silahlı Qüvvələrinim Əməliyyat Komandanlığından bildirilib.

“Bu, vətəndaşlarımızın təhlükəsizliyinə real təhlükə yaradan təcavüz aktıdır”, – bəyanatda deyilir.

O da bildirilib ki, təhlükə yaradan dronların zərərsizləşdirilməsi barədə qərar qəbul edilib, bəziləri vurulub.

Qeyd edək ki, səhər saat 5:40-da Çosnovkada polis zədələnmiş pilotsuz uçan aparatının aşkar edildiyini təsdiqləyib.

Chosen
15
3
interpress.az

5Sources