EN

Bakıda 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı keçirilir

Bakı. Trend:

Bakıda Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransının - “BakuWater Week”in (Bakı Su Həftəsi) açılış mərasimi keçirilir.

Trend xəbərverir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA)dəstəyi ilə təşkil edilən sərgidə su təsərrüfatı sahəsində ən sontexnologiyalar, innovativ mexanizmlər, müasir dünya təcrübəsinümayiş olunacaq.

Sərgi dövlət qurumlarını, beynəlxalq şirkətləri, ekspertləri vəpeşəkar ziyarətçiləri bir araya toplayacaq.

Bakı Su Həftəsi sərgisində ölkənin su təchizatı sahəsində ölkədəgörülən və görüləcək genişmiqyaslı işlər nümayiş olunacaq.Azərbaycan və region üçün strateji əhəmiyyət daşıyan, sutəsərrüfatı sahəsində açıq dialoq və praktiki əməkdaşlıq imkanlarıyaradan Bakı Su Həftəsi bu il də yerli və xarici iştirakçılar üçünkonkret fayda və real imkanlar təqdim etməyə hazırlaşır.

Bakı Su Həftəsi dövlət qurumları ilə yanaşı, özəl sektora vəmütəxəssislərə yeni ideyalar əsasında problemlərin həlli üçüninnovativ üsullar tapmaq imkanı yaradacaq, həmçinin yenitəşəbbüslər və səmərəli işgüzar əlaqələrin qurulması, ölkəmizdə suehtiyatlarının idarə olunmasında effektivliyin artırılmasına yenitöhfələr verəcək.

Sərgidə Azərbaycanla yanaşı, Almaniya, Amerika BirləşmişŞtatları, Avstriya, Belarus, Böyük Britaniya, Çexiya, İsrail,İsveçrə, Hindistan, Macarıstan, Türkiyə, Serbiya, SəudiyyəƏrəbistanı və Sinqapuru təmsil edən 60-dan çox şirkət və nümayəndəheyətləri iştirak edir.

Sərgidə təqdim olunacaq məhsul və xidmətlər çoxşaxəlidir: analizvə laboratoriya texnologiyaları; bank xidmətləri; borular və borukəməri avadanlığı və məhsulları; bulud toxum səpmə texnologiyaları;daşqınlardan qorunma texnologiyaları və sahilbərkitmə işləri;drenaj üçün avadanlıqlar; elmi-tədqiqat institutları; hidrotexnikiqurğular; içməli suların emalı; su təchizatı və kanalizasiya; sutəchizatı və su təsərrüfatında inşaat və qazma texnikası vəavadanlığı; su təchizatı və su təsərrüfatında ölçmə, tənzimləmə vənəzarət texnologiyaları; su təsərrüfatı obyektlərininlayihələndirilməsi və tikintisi; su təsərrüfatında informasiya vəkommunikasiya texnologiyaları; su təsərrüfatında süni intellekt; sutəsərrüfatında təhsil, elmi araşdırmalar; suvarma sistemləri; suyunduzsuzlaşdırılması texnologiyaları; tullantı və yağış sularınınaxıdılması və emalı sistemləri.

Tədbirin ilk günü təqdimat zonasında “Su təmizlənməsi üçünkompleks həllər” və “Su təchizatı və tullantı sularınınobyektlərinin kompleks mühəndisliyi vasitəsilə zəmanətlinəticələrin əldə edilməsi” adlı təqdimatlar, "Qlobal iqlimdəyişikliyi: Azərbaycanda quraqlıq risklərinin idarəolunması" adlıkeys sessiyası, “Xəzər dənizinin mövcud vəziyyəti, problemləri vəhəll yolları” adlı ekspert sessiyası, həmçinin “Tullantı sularınındayanıqlı idarəolunması - COP29 məqsədləri yolunda” adlı sessiyakeçiriləcək.

Qeyd edək ki, Bakı Su Həftəsi sentyabrın 12-dək davamedəcək.

Məqalədə:
Chosen
16
25
az.trend.az

2Sources