EN

Ronaldu qol vurdu, Portuqaliya qalib gəldi VİDEO

ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

2026-cı ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsi çərçivəsində daha bir görüş başa çatıb.Demokrat.az xəbər verir ki, Budapeştdəki Puşkaş Arenada Macarıstan millsi Portuqaliya seçməsini qəbul edib.Oyunda hesabı 21-ci dəqiqədə Varqanın qolu ilə meydan sahibləri açsalar da, sonda sevinən tərəf qonaqlar olub.36-cı dəqiqədə Silva dəqiq zərbə ilə hesabı bərabərləşdirib. 56-cı dəqiqədə Kriştianu Ronaldu penaltidən fərqlənərək komandasını önə çıxarıb. Bununla da, 40 yaşlı futbolçu dünya çempionatının seçmə oyunlarında qol sayına görə mövcud rekordu təkrarlayıb. O, 39-cu qolunu vuraraq qvatemalalı Karlos Ruizə çatıb.84-cü dəqiqədə Varqa dubla imza atmaqla hesabda tarazlıq yaratsa da, 2 dəqiqə sonra Konselo Portuqaliyaya 3 xalı qazandıran qolu vurub - 2:3.Bu qələbə sayəsində Priney təmsilçisi 6 xalla F qrupunda liderdir. Macarıstan isə cəmi 1 xalla üçüncü pillədə qərarlaşıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
58
4
demokrat.az

10Sources