EN

Braziliya millisi Ançelottinin rəhbərliyi ilə ilk məğlubiyyətini alıb

Braziliya millisi dünya çempionatının seçmə mərhələsi çərçivəsində səfərdə Boliviyaya 0:1 hesabı ilə uduzub.

Ucnoqta.az xəbər verir ki, yeganə qolu birinci hissəyə əlavə edilmiş dördüncü dəqiqədə Migel Terceros penaltidən vurub.

Braziliya millisi Karlo Ançelottinin rəhbərliyi altında ilk məğlubiyyətini alıb. İtaliyalı mayın 12-də komandaya rəhbərlik edib, bundan sonra iki qələbə qazanıb və bir heç-heçə edib.

Chosen
57
ucnoqta.az

1Sources