EN

Polşa Rzeşov hava limanını bağlayır

Polşada Rzeşov hava limanı sentyabrın 10-u səhər saatlarına kimi plandankənar hərbi fəaliyyətlə əlaqədar fəaliyyətini dayandırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Ukrayna mənbələri Rusiyanın kamikadze PUA-larının hücumu ilə bağlı məlumat paylaşıb ki onlardan da birinin sözügedən hava limanına doğru uçduğu bildirilir.

Polşa, Rumıniya və Slovakiyadan olan qırıcılar, eləcə də kəşfiyyat təyyarəsi havaya qaldırılıb.

Qeyd edək ki, Rzeşov hava limanı Ukraynaya silah tədarükü üçün əsas mərkəzdir.

Chosen
12
7
operativmm.az

8Sources