Oktyabrın 18-də ölkə boyu ABŞ prezidenti Donald Trampın siyasətinə qarşı nümayişlər keçiriləcək.
Musavat.com xəbər verir ki, məlumatı “No Kings” – “Krala yox”! aksiyasının təşkilatçıları yayıb.
Etiraz saytında yerləşdirilən elanda qeyd olunur: “Oktyabrın 18-də milyonlarla insan yenidən dünyaya nümayiş etdirmək üçün etiraza çıxacaq: Amerikanın kralları yoxdur, hakimiyyət xalqındır. İyun ayında dünya xalqın qüdrətini gördü və prezident Trampın özünə tacqoyma mərasimi keçirmək cəhdi Trampın səlahiyyətlərindən sui-istifadəsinə qarşı çıxan insanların müqaviməti altında uğursuzluğa düçar oldu. İndi o, səylərini ikiqat artırır - ordunu icmalarımıza göndərmək, seçiciləri səsvermə hüququndan məhrum edir, sadə ailələri güclə dolandığı bir vaxtda milyarderlərə hədiyyələr paylayır. Bu, yalnız siyasətçilərin mübarizəsi deyil, demokratiyanın diktaturaya qarşı mübarizəsidir”.
Təşkilatçılar oktyabrda ölkə boyu ən azı 5-6 milyon insanın nümayiş keçirəcəyini gözləyirlər.
“No Kings” kütləvi etirazları ilk dəfə ABŞ-da iyunun 14-də, Trampın ad günündə və Vaşinqtonda hərbi paradın keçirildiyi gün keçirilib. Amerika şəhərlərində ən azı 2100 nümayiş təşkil olunub.
Musavat.com