EN

Mutvalı Şıxlinskiyə qarşı ittihamlar sərtləşdirildi

Yekaterinburq vilayətindəki Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinskinin oğlu vəkil Mutvalı Şıxlinskiyə qarşı ittihamlar sərtləşdirilib.

Bizim.Media xəbər verir ki, indi o, Rusiya Cinayət Məcəlləsinin 318-ci maddəsinin 2-ci hissəsi (hakimiyyət nümayəndəsinə qarşı həyat üçün təhlükəli olan zorakılıq tətbiq etmə) ilə ittiham olunur ki, bu da 10 ilədək həbs cəzası nəzərdə tutur. Bir gün əvvəl məhkəmə onun barəsində həbs qətimkan tədbirini uzadıb.

Xatırladaq ki, M.Şıxlinski iyulun 15-i axşam saatlarında saxlanılaraq istintaqa ifadə vermək üçün İstintaq Komitəsinə aparılıb. Hadisə iyulun 1-də “Baku Plaza” ticarət mərkəzinin yaxınlığında onun atası Şahin Şıxlinski saxlanılarkən baş verib. M.Şıxlinskiyə qarşı cinayət işi açılıb, o, özü baş verənlərdən peşman olduğunu və ona zərər vermək istəmədiyini bildirib. Verx-İsetski Rayon Məhkəməsi onun həbs müddətini dekabrın 14-dək uzadıb.

Mutvalının atası Şahin Şıxlinski də SİZO-1-də həbsdədir. O, adam öldürməyə cəhd ittihamı ilə saxlanılır və günahını inkar edir.


Bizim.Media

Chosen
13
5
bizim.media

7Sources