EN

Qreta Tunberqin flotiliyasının əsas gəmisi dron hücumuna məruz qalıb

Al Mayadeen: Hücum nəticəsində gəmidə yanğın baş verib, xəsarət alan olmayıb...

Ekoloji fəal Qreta Tunberqin rəhbərlik etdiyi “Qlobal Sumud Flotiliya”sının (GSF) ən böyük gəmisi Tunis ərazisində dron hücumuna məruz qalıb.

Poliqon xəbər verir ki, bu barədə Livanın Al Mayadeen telekanalı flotiliyanın bəyanatına istinadla məlumat yayıb.

Hadisə gəmi Tunis limanı Sidi-Bu-Saiddə dayanarkən baş verib. Hücum nəticəsində göyərtədə yanğın çıxıb, lakin ekipaj üzvləri alovu söndürə biliblər.

Bundan əvvəl flotiliya bəyan etmişdi ki, əsas gəmilərdən biri olan "Family Boat" dronun hədəfinə çevrilib. Portugaliya bayrağı altında hərəkət edən gəmidə flotiliyanın idarə heyətinin üzvləri olub. Hadisə nəticəsində sərnişinlər və ekipaj üzvləri arasında xəsarət alan olmayıb.

Xatırladaq ki, avqustun 31-də Qreta Tunberginin rəhbərliyi ilə “Qlobal Sumud Flotiliya” İspaniyadan Qəzza istiqamətində yola çıxıb. Missiyanın məqsədi bölgədəki blokadanı yarmaq və fələstinlilərə humanitar yardım çatdırmaqdır. Flotiliyanın tərkibində aktivistlərlə yanaşı, yardım yükləri də yerləşdirilib.

Poliqon.info

Chosen
28
poliqon.info

1Sources