EN

ABŞ da 50 yə yaxın yük konteyneri gəmidən okeana tökülüb

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Vaşinqton, 9 sentyabr, AZƏRTAC

ABŞ-ın Kaliforniya ştatındakı Lonq-Biç limanında 50-yə yaxın yük konteyneri gəmidən okeana tökülüb. AZƏRTAC-ın məlumatına görə, qəza yerli vaxtla səhər saatlarında “Missisipi” adlı gəmidə baş verib. Çindən yola düşən gəmi 24 saat əvvəl limana çatıb. Hadisənin hansı şəraitdə baş verdiyi hələlik məlum deyil. Rəsmilər hadisə zamanı xəsarət alanların olmadığını bildirir.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
25
3
azertag.az

3Sources