EN

İsrailin ABŞ-dakı səfiri: Doha zərbələrinin hədəflərinə növbəti dəfə nail ola bilərik...

Diplomat deyib ki, İsrailin məqsədi Qəzza zolağında atəşkəsin təmin olunması və sülhün bərqərar edilməsidir...

Poliqon xəbər verir ki, İsrailin ABŞ-dakı səfiri Yehiel Leyter Fox News telekanalına müsahibəsində ölkəsinin 9 sentyabrda Qətərin paytaxtı Dohaya endirdiyi zərbələrin hədəflərinə çatıb-çatmadığına dair suala birbaşa cavab verməyib.

“Əgər bu dəfə məqsədlərə nail ola bilməmişiksə, növbəti dəfə nail olacağıq”, deyə səfir bildirib.

Diplomat əlavə edib ki, İsrail ümid edir – Dohaya edilən hücumlar Qəzza zolağında atəşkəsin əldə olunmasına və bölgədə sülhün bərqərar edilməsinə töhfə verəcək.

Xatırladaq ki, 9 sentyabrda İsrail Dohaya hava zərbələri endirib. Qətər Xarici İşlər Nazirliyinin məlumatına görə, hücum nəticəsində “Həmas” siyasi bürosunun bir neçə üzvünün yaşadığı evlər hədəf alınıb. “Al Arabiya” telekanalı isə qrupdakı mənbəyə istinadla bildirib ki, zərbələr nəticəsində hərəkatın yüksəkçinli liderləri – o cümlədən “Həmas”ın rəhbərlərindən Xalil əl-Hayya və siyasi büro rəhbəri Xalid Məşəl həlak olub.

Qeyd edək ki, İsrail ordusu son aylarda Qəzza zolağı ilə yanaşı, regionun digər ərazilərində də “Həmas” rəhbərliyinə qarşı hədəfli əməliyyatlarını intensivləşdirib. Rəsmi Təl-Əviv bu addımların əsas məqsədini “təhlükəsizlik təhdidlərinin neytrallaşdırılması və bölgədə sabitliyin bərpası” ilə izah edir.

Poliqon.info

Chosen
75
poliqon.info

1Sources