EN

Məşhur müğənni ABŞ-a mühacirət etdi

Britaniyalı müğənni Ed Şiran ABŞ-a köçdüyünü açıqlayıb. SİA xəbər verir ki, onun açıqlamasını "NBC News" yayıb. Köçü ilə bağlı danışarkən Şiran Prezident Donald Trampın miqrantlara dair siyasəti ilə bağlı zarafat edib. “Yəqin ki, Amerikaya köçən yeganə adam mənəm,” — deyə müğənni bildirib. İyul ayında Donald Tramp Böyük Britaniyanın Baş naziri Kir Starmerlə görüş zamanı bildirib ki, Avropa qeyri-qanuni miqrasiyaya son qoymasa, əvvəlki kimi olmayacaq. Onun sözlərinə görə, Avropa bu gün 5–10 il əvvəlkindən tamamilə fərqlidir.

Chosen
43
4
sia.az

5Sources