EN

ChatGPT-yə inandı, ölümlə üz-üzə qaldı - FOTO

İrlandiyada yaşayan 37 yaşlı Warren Tierney boğaz ağrılarına görə həkim getmək əvəzinə ChatGPT-yə müraciət edib.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, süni zəka ona "heç bir problem yoxdur" cavabı verəndə Tierney həkimə getməyi təxirə salıb.

Bir müddət sonra ağrılar dözülməz hala gəldikdə həkimə müraciət edən Tierney-ə irəliləmiş qida borusu xərçəngi diaqnozu qoyulub. Həkimlərin sözlərinə görə, gecikmiş diaqnoz onun sağ qalma şansını əhəmiyyətli dərəcədə azaldıb - xəstə orta hesabla təxminən 5 il yaşama imkanı qazanıb.

"ChatGPT-yə güvənmək mənə bir neçə ay itirməyə səbəb oldu. Bu texnologiya insanın eşitmək istədiyini deyir, həqiqəti yox", - Tierney bildirib.

Olaydan sonra OpenAI istifadəçilərə xatırladıb ki, süni zəka tibbi diaqnoz və müalicə məqsədilə istifadə edilməməlidir və sağlamlıq problemlərində həmişə peşəkar həkimə müraciət etmək həyati əhəmiyyət daşıyır.

Chosen
43
4
day.az

5Sources