EN

“Qətər İsrailin hücumuna cavab vermək hüququnu özündə saxlayır” – Qətərin baş naziri

“İsrail regionda sülhün əldə olunmasına yönəlmiş bütün cəhdləri zəiflədir. Netanyahunun addımları regionu düzəldilməsi mümkün olmayan vəziyyətə aparır”.

Bizim.Media xəbər verir ki, bu barədə Qətərin baş naziri bildirib.

O həmçinin qeyd edib ki, İsrail ABŞ-nin xahişi ilə davam edən Qəzza üzrə danışıqlara zərər vurub.

Baş nazir əlavə edib ki, Qətər hazırda Qəzza münaqişəsinin həlli ilə bağlı danışıqlar aparmır, İsrailin hücumuna cavab tədbirləri işləyib hazırlamaq üçün hüquqi qrup yaradıb.

Bizim.Media

Chosen
61
1
bizim.media

10Sources