AZ

Qətər İsrailin hücumuna CAVAB HAZIRLAYIR

"Qətər öz suverenliyinin pozulmasına dözməyəcək və artıq hüquqi cavab üzərində işləməyə başlayıb".

Publika.az xəbər verir ki, bunu ölkənin baş naziri Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani "Al Jazeera"yə açıqlamasında bildirib.

“Qətər İsrailə cavab vermək hüququnu özündə saxlayır və öz suverenliyinin hər hansı pozulmasına dözməyəcək”, - deyə o qeyd edib.

Al Taninin sözlərinə görə, Qətər İsrailin təcavüzünə cavab vermək və gələcək hücumların qarşısını almaq üçün kompleks yanaşma tətbiq edəcək.

"Bununla yanaşı, hakimiyyət orqanları İsrailin hücumuna cavab olaraq hüquqi tədbirlər görəcək bir komanda formalaşdırır", - o qeyd edib.

Seçilən
22
7
publika.az

10Mənbələr