EN

Qətərin baş naziri İsrailin Dohaya hücumunu dövlət terroru adlandırıb

BAKI, 10 sentyabr. TELEQRAF

Qətərin baş naziri Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani İsrailin Dohaya hücumunu dövlət səviyyəsində terror aktı adlandırıb.

Onun sözlərinə görə, Qətər İsrailin hücumuna cavab vermək hüququnu özündə saxlayır.

Qeyd edək ki, sentyabrın 9-da İsrail ordusu Fələstinin HƏMAS hərəkatının Dohadakı qərargahına aviazərbə endirib. Hücum zamanı binada hərəkat rəhbərliyinin toplantısı olub. İsrailin baş naziri Benyamin Netanyahu HƏMAS liderlərinə qarşı əməliyyata görə bütün məsuliyyəti öz üzərinə götürüb.

Chosen
58
7
teleqraf.com

10Sources