İraq Ərəb Liqasının (LAS) sammitinə sədrlik edən ölkə olaraq İsrailin Dohaya endirdiyi zərbə ilə əlaqədar üzv ölkələrin xarici işlər nazirlərini təcili toplantıya çağırıb...
"Report" xəbər verir ki, bu barədə İraqın Baş naziri Məhəmməd əl-Sudaninin Qətər əmiri Təmim bin Həməd Al Tani ilə telefon danışığından sonra verdiyi açıqlamada bildirilib.
"İraq Ərəb Liqası sammitinin sədri kimi ərəb ölkələrinin xarici işlər nazirlərinin təcili iclasının keçirilməsini, həmçinin bu ay Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının iclasları çərçivəsində ərəb və islam liderləri və nümayəndələrinin görüşünün keçirilməsinə çağırıb", - bəyanatda qeyd olunub.
Xatırladaq ki, bu gün İsrail HƏMAS silahlı qruplaşmasının yüksək rütbəli şəxslərinin məhv edilməsi üçün Dohada əməliyyat keçirib.
Poliqon.info