Bakı. Trend:
Macarıstan Shell şirkəti ilə 10 il müddətinə ildə 2 milyardkubmetr təbii qaz almağa dair müqavilə imzalayıb.
Trend xəbər verirki, bu barədə Macarıstan Xarici İşlər Nazirliyinin rəhbəri PeterSiyarto məlumat verib.
O bildirib: "Bu, Qərb tədarükçüsü ilə indiyə qədər bağlanmıştəbii qaz tədarükü üzrə ən böyük və ən uzunmüddətli müqavilədir.İndicə imzalanmış müqavilə 2026-cı ildən başlayaraq 10 il ərzində 2milyard kubmetr təbii qazın alınmasına aiddir."
Peter Siyarto əlavə edib ki, “Shell” ilə müqavilə mövcudtədarükləri qoruyub saxlamaqla, Macarıstan ərazisinə yeniresursların cəlb edilməsinə imkan verəcək.