EN

Qətər: İsrailin zərbəsi barədə əvvəlcədən məlumat verilməyib

Qətər İsrailin həyata keçirdiyi son hücumla bağlı açıqlama yayıb.

Musavat.com xəbər verir ki, Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Macid bin Məhəmməd əl-Ənsarinin sözlərinə görə, ölkə rəhbərliyi zərbə barədə əvvəlcədən məlumatlandırılmayıb.

Onun sözlərinə görə, ABŞ tərəfi Qətərlə yalnız hücum zamanı əlaqə saxlayıb.

Əl-Ənsari bildirib ki, Qətər bölgədə vəziyyətin gərginləşməsindən ciddi narahatdır və beynəlxalq ictimaiyyəti hadisələrin qarşısını almaq üçün fəal addımlar atmağa çağırır. 

 

Musavat.com

Chosen
17
musavat.com

1Sources