Qətər İsrailin həyata keçirdiyi son hücumla bağlı açıqlama yayıb.
Musavat.com xəbər verir ki, Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Macid bin Məhəmməd əl-Ənsarinin sözlərinə görə, ölkə rəhbərliyi zərbə barədə əvvəlcədən məlumatlandırılmayıb.
Onun sözlərinə görə, ABŞ tərəfi Qətərlə yalnız hücum zamanı əlaqə saxlayıb.
Əl-Ənsari bildirib ki, Qətər bölgədə vəziyyətin gərginləşməsindən ciddi narahatdır və beynəlxalq ictimaiyyəti hadisələrin qarşısını almaq üçün fəal addımlar atmağa çağırır.
Musavat.com